Bütün xəbərlər
Alman əsgərlərinə SS simvolları olan formalar verdilər
Tarix: 15-11-2022 03:11 | Bölmə: Karusel

"Focus"-un məlumatına görə, Bundesver əsgərlərinə yeni formalar verilib, onların üzərində SS abbreviaturası olan etiketlər tikilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,sonradan məlum olub ki, Milli Sosialist Alman Fəhlə Partiyasının (alman SS, almanca “təhlükəsizlik bölmələri”ndən olan addır.) hərbiləşdirilmiş birləşmələrinin simvolunu xatırladan bu abbreviatura, sadəcə olaraq, geyim ölçüsünü – S-qısa mənasını verir.

Bununla belə, qalmaqalın qarşısını almaq mümkün olmayıb və Almaniyanın müdafiə naziri Kristin Lambrext hərbçilərə bu problemi formadan kompromat etiketləri kəsməklə həll etməyi tövsiyə edib.
Nəşrin məlumatına görə, ölkə hakimiyyəti 313 min dəst hərbi geyim, dəbilqə və yataq çantalarına 2,3 milyard avro xərcləyib.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər