Bütün xəbərlər
Verstappen 2022-ci ilin ən yaxşı idmançısı seçilib
Tarix: 15-11-2022 01:57 | Bölmə: Karusel

İkiqat Formula 1 çempionu Maks Ferstappen GQ tərəfindən 2022-ci ilin ən yaxşı idmançısı seçilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Hollandiyalıya noyabrın 16-da xüsusi qala gecəsində mükafat veriləcək.
Bu mövsüm Verstappen ikinci dəfə Formula 1-in dünya çempionu oldu. Ardıcıl ikinci titul ona vaxtından əvvəl Yaponiya Qran Prisinin nəticələrinə görə təqdim edilib.
Bu yolda Red Bull Racing pilotu bir mövsümdə qazanılan mərhələlərin sayına görə rekorda imza atıb - 14. Bunun sayəsində o, əvvəlki rekordçular - Mixael Şumaxer və Sebastyan Fetteli (13) qabaqlayıb.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər