Bütün xəbərlər
Lozano və Ximenez Meksikanı Qətərdə təmsil edəcəklər
Tarix: 15-11-2022 01:47 | Bölmə: Karusel


Meksika millisinin Qətərdə keçiriləcək dünya çempionatında iştirakla bağlı yekun ərizəsi komandanın məşqçilər korpusu tərəfindən müəyyənləşib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Meksika hücumuna İrvinq Lozano və Raul Ximenez rəhbərlik edəcək.
Qətərə ümumilikdə 26 futbolçu gedəcək. Siyahıda qapıçılar Gilyermo Oçoa (Amerika), Rodolfo Kota (Leon) və Alfred Talavera (Xuarez);
müdafiəçilər Sezar Montes, Jesús Gallardo və Hector Moreno (hamısı Monterrey), Edson Alvarez və Jorge Sanchez (hər ikisi Ayaks, Hollandiya), Gerardo Arteaga (Genk, Belçika), Carlos Rodriguez (Cruz Azul), Kevin Alvarez (Pachuca), Nestor Araujo ( Amerika), Joan Vazquez (Kremon, İtaliya);
yarımmüdafiəçilər Roberto Alvarado və Aleksis Veqa (hər ikisi Qvadalaxara), Luis Çaves (Paçuka), Andrés Quardado (Betis, İspaniya), Orbelin Pineda (AEK, Yunanıstan), Erik Qutyerrez (PSV, Hollandiya), Uriel Antuna (“Kruz Azul”), Luis Romo (“Monterrey”) və Hektor Herrera (“Hyuston”, ABŞ);
hücumçular İrvinq Lozano (Napoli, İtaliya), Raul Ximenez (Vulverhempton, İngiltərə), Enri Martin (Amerika) və Rogelio Funes Mori (Monterrey).
Qətərdə keçiriləcək dünya çempionatında Meksika yığması Argentina, Polşa və Səudiyyə Ərəbistanı ilə dördlükdə çıxış edəcək.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər