Bütün xəbərlər
“Mançester Yunayted” əsas vaxtda “Fulhem”i məğlub edib
Tarix: 14-11-2022 01:36 | Bölmə: Karusel

İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,həftəsonunun final oyunu Londonun “Kreyven Kottec” stadionunda “Fulhem” və “Mançester Yunayted” komandaları arasında keçirilib. Qonaqlar qələbəni qeyd ediblər.
“Qırmızı şeytanlar”a qələbə müvafiq olaraq 14 və 93-cü dəqiqələrdə fərqlənən Kristian Eriksen və Alejandro Qarnaçonun dəqiq zərbələri ilə təmin edilib. “Kotteclər”in yeganə cavab qolunu 61-ci dəqiqədə Daniel Ceyms vurub.
Londondakı qələbə sayəsində "Mançester Yunayted" 26 xalla Premyer Liqada 5-ci pillədə qərarlaşıb. 6-cı pillədə qərarlaşan "Liverpul"dan 4 xal fərqi var. "Fulhem" 19 xalla 9-cu yerdədir.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər