Bütün xəbərlər
Ərdoğan İstanbulda 6 ölü, 53 yaralı olduğunu bildirib
Tarix: 13-11-2022 20:20 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirdiyi brifinqdə İstiklal küçəsində baş verən partlayışda ölən və yaralananlarla bağlı yenilənmiş məlumatları açıqlayıb.

“Hazırda ölənlərin sayı 6 nəfər, yaralıların sayı isə 53 nəfərdir”, - deyən Ərdoğan, bu cür məlumatları ona şəhər qubernatoru tərəfindən verildiyini bildirib.
Daha əvvəl İstanbul rəsmiləri 4 nəfərin öldüyünü, 38 nəfərin yaralandığını açıqlamışdı.
Ərdoğan həmçinin bildirib ki, ilkin araşdırma məlumatları partlayışın terror aktı olduğunu göstərir.




Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər