Bütün xəbərlər
"Spartak" Giqotu qaytarmaq fikrində deyil
Tarix: 13-11-2022 16:24 | Bölmə: Karusel


Bunu "qırmızı-ağ"ın baş direktoru Melejikov deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Moskva "Spartak"ı "Marsel"in müdafiəçisi Samuel Giqotu qaytarmaq fikrində deyil. Bunu klubun baş direktoru Yevgeni Melejikov deyib.
“Lokomotiv”lə oyundan sonra Yevgeni Melejikov Samuel Giqotun “Spartak”a qayıdışı ilə bağlı yayılan məlumatları şərh edib. "Sport 24" Melejikovdan sitat gətirib: "Gigotun geri qayıtması qeyri-mümkündür. Biz onun keçid imkanını nəzərdən keçirmirik".
Samuel Gigot "Spartak"da dörd mövsüm oynayıb. Rusiya kubokunu qazandıqdan sonra fransız azad agent kimi Marselə keçib
. Bu mövsüm Samuel "Marsel"in heyətində 14 oyun keçirib, 2 qol vurub.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər