Bütün xəbərlər
Mişina və Qallyamov qısa proqramda rekord nəticə göstəriblər
Tarix: 12-11-2022 20:44 | Bölmə: Karusel


Fiqurlu konkisürənlər Anastasiya Mişina və Aleksandr Qalyamov Moskvada keçirilən Rusiya Qran Prisinin dördüncü mərhələsində qısa proqramda birinci yeri tutublar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,onlar dünya rekordundan yuxarı xal toplayıblar - 86,47.
Nataliya Xabibullina və İlya Knyajuk ikinci yeri tutdular (74,75). Üçüncü nəticəni Daria Boyarintseva və Roman Pleşkov göstərib (70,21).
Xatırladaq ki, idman cütlüklərinin yarışında qısa proqram üzrə dünya rekordu Pekində keçirilən Olimpiya Oyunlarında qeydə alınıb. Çinli Sui Wenjing və Han Cong çıxışlarına görə 84,41 bal toplayıblar.
Mişina və Qalyamovun rekordu ISU-nun himayəsi altında olmayan yarışlarda qeydə alındığı üçün rəsmi olaraq qeydə alınmayacaq.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər