Bütün xəbərlər
AB Kiyevin mövqeyinə görə maliyyə yardımını azaltmaq məcburiyyətindədir
Tarix: 11-11-2022 23:21 | Bölmə: Karusel


Ukraynanın Rusiya ilə danışıqlardan imtina etməsi səbəbindən Aİ-nin Vladimir Zelenski hökumətinə maliyyə yardımının ayrılması ilə bağlı razılığa gəlməsi daha çətindir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə "Newsweek"-ə müsahibəsində Miçiqan Universitetinin əməkdaşı Con Çorçiari məlumat verib.
Ekspert diqqəti hər gün avropalıların Ukraynada sülh yolu ilə nizamlanma prosesinin başlanmasını daha çox gözlədiyinə yönəldib. Mərkəzi Avropa dövlətləri Kiyev rejiminə yeni vəsaitlərin ayrılmasının qarşısını almağa başlayır. Bundan əlavə, Ukrayna liderinə dəstək yerli siyasətçilər üçün ağır olur.
Con Çorçiarinin sözlərinə görə, Kiyevə yardım edən ölkələr Aİ-nin digər üzvlərini məyus etməmək üçün ikitərəfli təmaslara keçməyə məcburdurlar.
Daha əvvəl Vladimir Zelenski CNN-ə müsahibəsində Rusiya ilə danışıqlara qapını bağlamadığını bildirib.













Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər