Bütün xəbərlər
Ticarət və Sənaye Palatasının komitə sədrinin müavini həbs edilib
Tarix: 11-11-2022 23:12 | Bölmə: Karusel



Rusiya Ticarət və Sənaye Palatasının Rusiya Federasiyasının təbiətdən istifadə və ekologiya komitəsinin sədr müavini Sergey Çernin cümə günü Moskvada həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Basmannı məhkəməsi Çerninə qarşı istintaq orqanlarının vəsatətini təmin etmək qərarına gəlib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sergey Çernin xüsusilə böyük miqyasda dələduzluq işi üzrə həbs edilib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, artıq Çerninə qarşı ittiham irəli sürülüb və həbs müddəti 2023-cü il yanvarın 10-na kimi müəyyən edilib.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər