Bütün xəbərlər
Ərdoğan və Orban Rusiya və Ukraynanı atəşkəsə çağırıblar
Tarix: 11-11-2022 21:52 | Bölmə: Karusel


Macarıstanın baş naziri Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının sammiti çərçivəsində keçirilən ikitərəfli görüşdə Rusiya və Ukrayna arasında atəşkəs və sülh danışıqlarının mümkün qədər tez aparılmasının zəruriliyi barədə razılığa gəliblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bunu jurnalistlərə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi deyib.
Forumda çıxışları zamanı Orban və Ərdoğan digər ölkələrin liderlərini də münaqişənin sülh yolu ilə həlli üçün hər cür səy göstərməyə çağırıblar.
MTI agentliyi xəbər verir ki, Xavaşinin sözlərinə görə, tərəflər həmçinin ticarət-iqtisadi və hərbi-sənaye sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.



Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər