Bütün xəbərlər
"Dinamo"nun futbolçusu Sazonov Gürcüstanın birinci milli komandasına çağırılıb
Tarix: 10-11-2022 21:52 | Bölmə: Karusel


Daha əvvəl futbolçu Rusiyanın gənclər yığmasında oynamaqdan imtina edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Moskva “Dinamo”sunun müdafiəçisi Saba Sazonov Gürcüstanın ilk futbol yığmasına çağırılıb. Ola bilsin ki, Mərakeşlə yoldaşlıq görüşündə iştirak etsin.
Futbol üzrə Gürcüstan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışı keçirəcək. Sonda Gürcüstan millisi Mərakeş millisi ilə yoldaşlıq oyunu keçirəcək. "Dinamo"nun müdafiəçisi Səba Sazonov Gürcüstan millisinə ilk çağırışını alıb. Buna qədər futbolçu Gürcüstanın gənclər yığmasına cəlb olunub.
Saba Rusiyanın gənclər yığmasına dəvət alsa da, futbolçu anasının gəldiyi Gürcüstanda oynamağa üstünlük verib. Bu mövsüm Sazonov "Dinamo"nun heyətində Rusiya Premyer Liqasının 13 oyununda çıxış edib.



Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər