Bütün xəbərlər
İngiltərə millisi DÇ-2022 öncəsi müdafiəçisini itirib
Tarix: 09-11-2022 18:55 | Bölmə: Karusel


"Çelsi"nin və İngiltərə millisinin müdafiəçisi Ris Ceyms qarşıdakı dünya çempionatını buraxacağını açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, futbolçu zədə səbəbindən Qətərə getməyəcək.
Ceyms özünün Twitter hesabında yazıb: " Dizimdən zədə alanda bilirdim ki, Dünya Çempionatına gedən yolun çətin olacağını, amma ümidimi itirmədim. Həmişəkindən daha çox çalışdım və komandaya kömək edə biləcəyimə həqiqətən inanırdım".

"Bu, hər iki tərəf üçün risk idi, amma mən bunu etməyə hazır idim. Uşaqlara uğurlar. Tezliklə qayıdacağam", - o, sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, Ceyms "Çelsi" ilə matçda dizindən zədə almışdı. Bu, oktyabrın 11-də londonluların Çempionlar Liqasında "Milan"a qarşı oynadığı vaxt baş verib. Həkimlər futbolçunun sağalması üçün 8 həftə vaxt lazım olduğunu bildiriblər.
Ceyms İngiltərə millisində 15 oyuna çıxıb.



Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər