Bütün xəbərlər
Tayvan yaxınlığında Çin təyyarələri və gəmiləri göründü
Tarix: 07-11-2022 19:47 | Bölmə: Karusel

Tayvan silahlı qüvvələri Çin Xalq Azadlıq Ordusunun 63 təyyarəsi və 4 gəmisinin adaya yaxınlaşmasını qeydə alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə Tayvan Müdafiə Nazirliyinin gündəlik hesabatında deyilir.
31 təyyarə Tayvan boğazında "orta xətt"in sərhədini keçib. RİA Novosti xəbər verir ki, vəziyyətə nəzarət etmək üçün Tayvan hava patrulu göndərib, radio xəbərdarlığı edib, həmçinin zenit-raket kompleksləri yerləşdirib.
Xatırladaq ki, Çin Tayvanı özünün əyaləti hesab edir. Asiya-Sakit Okean Araşdırmalar Mərkəzinin rəhbəri Sergey Sanakoev Çinin “bir dövlət, iki sistem” siyasətinin bir hissəsi olaraq nə edə biləcəyindən danışıb. Ekspert aydınlıq gətirib ki, Çin Tayvanın materiklə dinc yolla birləşməsinə çalışacaq, lakin lazım gələrsə, hərbi qüvvələrdən də istifadə edəcək. Çin bu fikrindən dönməyəcək.



Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər