Bütün xəbərlər
İtaliyada helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb
Tarix: 05-11-2022 21:19 | Bölmə: Karusel

İtaliyanın cənubunda, Foggia əyalətində göyərtəsində 7 nəfərin olduğu helikopter qəzaya uğrayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,helikopterin işindəki heyətin hamısı ölüb. “İl Messaggero” qəzeti yazır ki, qurbanlar arasında 13 yaşlı uşaq da var. Agusta A109 Adriatik dənizindəki Tremiti adalarından havaya qalxıb və bir müddət sonra radarlardan itib. Onun qalıqları Apriçena şəhəri yaxınlığında tapılıb.
Helikopterin göyərtəsində iki pilot, bir yerli həkim və dörd nəfərdən ibarət ailə - Sloveniyadan olan turistlər olub. Hadisənin səbəbləri müəyyənləşdirilir. İlkin versiyaya görə, helikopter əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğraya bilərdi.
Daha əvvəl bildirilmişdi ki, Kosta-Rika sahillərində göyərtəsində alman milyonçu Rayner Şaller, onun iki uşaqlı sevgilisi və daha bir kişi olan şəxsi helikopter yoxa çıxıb.
Helikopter Meksikadan Kosta-Rikanın Limon əyalətinə uçurdu. Gedişdən bir müddət sonra onunla əlaqə kəsilib.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər