Bütün xəbərlər
Cənubi Koreya Şimali Koreyanın hücumlarına cavab olaraq döyüş təyyarələri hvaya qaldırırb
Tarix: 04-11-2022 19:18 | Bölmə: Karusel


Cənubi Koreya ordusu KXDR silahlı qüvvələrinin hərəkətlərinə cavab olaraq döyüş təyyarələrini havaya qaldırmağa qərar verib, bu, cümə günü, noyabrın 4-də məlum olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Yonhap" xəbər agentliyinin verdiyi məlumata görə, Cənubi Koreya öz "gizli qırıcılarını" göndərməsinə cavab olaraq 180-dən çox Şimali Koreya hərbi təyyarəsinin "hərəkətə gətirildiyini" görüb.
KXDR-in döyüş təyyarələrinin hərəkətinin səbəbi nə ola bilər? - bu hələ dəqiqləşdirilməyib.
Xatırladaq ki, son vaxtlar Koreya Xalq Demokratik Respublikası nisbətən yüksək səviyyədə hərbi fəallıq nümayiş etdirir, müntəzəm olaraq ballistik raketlərin buraxılışını həyata keçirir.
Bundan əlavə, keçən ay Şimali Koreya hərbçiləri Cənubi Koreyadan atışlara cavab olaraq çoxsaylı buraxılış raket sistemi ilə atəş açıblar və bu da öz növbəsində KXDR gəmisinin dəniz sərhədini keçməsindən sonra açılıb.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər