Bütün xəbərlər
Elnur Əliyev işdən çıxarıldı
Tarix: 03-11-2022 16:26 | Bölmə: Karusel

                  Elnur Əliyev işdən çıxarıldı



Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət nazirinin birinci müavinini işdən çıxarıb. 
"Qafqazinfo" xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, Elnur Əli oğlu Əliyev Azərbaycanın mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib. 
Qeyd edək ki, 2 gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdiyi haqda məlumat yayılıb. Əməliyyat nəticəsində Elnur Əliyevin də istintaqa cəlb edildiyi bildirilib. 
Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. 



Baxış sayı: 306


Bölməyə aid digər xəbərlər