Bütün xəbərlər
Pul və konyaka görə satıcı qadını bıçaqlayıb
Tarix: 03-11-2022 10:00 | Bölmə: Karusel


Buryatiya Respublikası İstintaq Komitəsinin mətbuat xidməti kənd dükanının satıcısını qətlə yetirməkdə şübhəli bilinən 25 yaşlı yerli sakinin həbs edilməsi barədə məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarədən verilən məlumata görə, oktyabrın 31-də Köhnə Onoxoy kəndində bir nəfər bıçaqla mağaza işçisinə hücum edib. Qadını bir neçə dəfə vurması satıcının xəstəxanaya çatdırılarkən təcili yardım maşınında ölümünə səbəb olub.
Bundan sonra təcavüzkar mağazadan pul, qurbanın şəxsi əşyaları və bir neçə şüşə spirtli içki oğurlayıb.
Polis əvvəllər məhkum olunmuş 24 yaşlı gənci saxlayıb. Baxış zamanı onun üzərindən bank kartları və qızıl-zinət əşyaları olan çanta, həmçinin mağazadan oğurlanmış konyak şüşəsi aşkar edilib.
Hazırda o, quldurluq və qətldə ittiham olunur.



Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər