Bütün xəbərlər
Mbappe Messinin Çempionlar Liqası rekordunu qırıb
Tarix: 03-11-2022 09:47 | Bölmə: Karusel

"Paris Saint-Germain"-in hücumçusu Kilian Mbappe Çempionlar Liqasında rekorda imza atıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Avropanın böyük klub yarışmasında 40 qol vuran ən gənc oyunçu olub.
Opta Sports-un məlumatına görə, fransalı 23 yaş, 10 ay və 13 günlük yaşında təsirli nəticə əldə edib. Bununla da Mbappe Lionel Messinin rekordunu qırıb. Argentinalı 24 yaş, 4 ay və səkkiz gündə 40 qol vurub.
Xatırladaq ki, PSJ Çempionlar Liqasının qrup mərhələsinin son turunda səfərdə "Yuventus"u 2:1 hesabı ilə məğlub edib. Mbappe matçda ilk qolu vurub.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər