Bütün xəbərlər
Şahmat üzrə on ikinci dünya çempionu evə tələsir
Tarix: 02-11-2022 22:19 | Bölmə: Karusel


Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutunda xəstəxanaya yerləşdirilən keçmiş dünya çempionu Anatoli Karpovun vəziyyəti yaxşılaşır. Sabaha-inamla.az rus mətbuatına xəbər verir ki, həkimlər 71 yaşlı şahmatçının səhhətində müsbət dinamikanı qeyd edirlər.
Rusiyalı qrossmeyster Sergey Karyakinin RİA Novosti-yə verdiyi məlumata görə, Anatoli Evgenieviç özünü daha yaxşı hiss edib. Ola bilər ki, iki həftədən sonra görkəmli şahmatçı xəstəxanadan evə gedəcək.
Ötən şənbə günü Anatoli Karpov kəllə-beyin travması və bud sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Karpov hazırda Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutunda müalicə alır.




Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər