Bütün xəbərlər
Məhkəmə Nensi Pelosinin ərinə hücum edən şəxsi zaminə buraxılmaqdan imtina edib
Tarix: 02-11-2022 11:29 | Bölmə: Karusel

San-Fransisko məhkəməsi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ərinə hücum edən Devid DePapeni zaminə buraxmaqdan imtina edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin vəkilinin sözlərinə görə, həmin şəxs nəzarətə götürülüb və həbsxanada saxlanılacaq.
O, əvvəllər ABŞ rəsmisinin ailə üzvünə hücum və adam oğurluğuna cəhddə ittiham olunub. De Paypeni 50 ilə qədər həbs gözləyir. “Rossiya 24” telekanalı xəbər verir ki, o, özü də təqsirini etiraf etmir.
42 yaşlı kanadalı ötən cümə günü Pelosinin San-Fransiskodakı evinə soxulub. Polisin məlumatına görə, o, spikerin ərini çəkiclə döyüb. Paul Pelosiyə kəllə sümüyünün sınığı və ağır əl xəsarətləri diaqnozu qoyulub. Həkimlərin sözlərinə görə, hazırda onun həyatına heç bir təhlükə yoxdur.



Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər