Bütün xəbərlər
Kursk vilayətində kənd minaatanlardan atəşə tutulub
Tarix: 01-11-2022 23:00 | Bölmə: Karusel

Noyabrın 1-i axşam saatlarında vilayətin rəhbəri Roman Starovoit Ukraynanın Kursk vilayətinin sərhəd Qluşkovski rayonundakı kəndə hücum barədə məlumat verib.
Sabaha-inamla.az "Vesti"yə istinadən xəbər verir ki, qubernatorun sözlərinə görə, Krasnooktyabrski qəsəbəsinin atəşə tutulması çərşənbə axşamı günorta Ukrayna ərazisindən həyata keçirilib. İlkin məlumata görə, hücum zamanı xəsarət alan olmayıb. Üçmərtəbəli yaşayış binalarından birində 20-yə yaxın pəncərə sınıb. Çərşənbə günü ekspertlər partlayışlardan zərər çəkmiş strukturların sonrakı təmiri üçün ölçü götürəcəklər.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər