Bütün xəbərlər
Serbiya üzərindən pilotsuz uçan aparatları məhv edəcək
Tarix: 01-11-2022 21:13 | Bölmə: Karusel

Mərkəzi Serbiya səmasında düşmənin bütün dronları məhv edilməlidir. Müvafiq sərəncamı Serbiya prezidenti Aleksandr Vuçiç verib.
Sabaha-inamla.az "Vesti"yə istinadən xəbər verir ki,yerli KİV-in məlumatına görə, bu qərar Raska şəhəri yaxınlığında (Kosovo və Metoxiya ilə inzibati xəttin yaxınlığında) səmada naməlum dronların tapılmasından sonra qəbul edilib. MiQ-29-lar həyəcan siqnalı ilə havaya qaldırılıb, bundan sonra PUA-lar bölgəni tərk edib.
Bundan əvvəl Serbiya Silahlı Qüvvələri Kosovo və Metoxiyadakı gərgin vəziyyətə görə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Respublika Müdafiə Nazirliyinin rəhbəri Miloş Vuçeviçin qeyd etdiyi kimi, ordu qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə hazırdır.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər