Bütün xəbərlər
Karrera Promesi RPL-in ilk dövrəsində ən yaxşı oyunçu adlandırıb
Tarix: 01-11-2022 13:51 | Bölmə: Karusel


Sabaha-inamla.az "Sport-Ekspress"ə istinadən xəbər verir ki,"Spartak"ın keçmiş baş məşqçisi Massimo Karrera SE müxbiri ilə söhbətində hücumçu Quincy Promesi RPL-in ilk yarısının ən yaxşı oyunçusu adlandırıb.
O,“Bu mövsüm RPL-də çox yaxşı oyunçu var. Ancaq düşünürəm ki, Promes ilk dövrədə ən yaxşısı adlandırıla bilər " deyib.
Rusiya Futbol Çempionatının 15 turundan sonra “qırmızı-ağlar”ın heyətində 30 yaşlı hollandiyalı futbolçu 14 oyun keçirib, 12 qol vurub, 6 məhsuldar ötürmə edib. Promesin "Spartak"la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədərdir. Ötən mövsüm Moskva komandası ilə birlikdə hücumçu Rusiya Kuboku-2022-nin qalibi olub.
“Spartak” ilk turdan sonra 32 xalla RPL-də ikincidir. İlk sırada 39 xalla "Zenit" qərarlaşıb.




Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər