Bütün xəbərlər
İran ABŞ-a qarşı sanksiyalar elan edib
Tarix: 31-10-2022 23:09 | Bölmə: Karusel


İran hakimiyyəti 10 şəxsə və 4 ABŞ dövlət təşkilatına qarşı sanksiya tətbiq edib.

Sabaha-inamla.az "MKRU"ya istinadən xəbər verir ki,  bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
İranın sanksiyalarına məruz qalan təşkilatlar arasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Milli Qvardiyası da var. İranın sanksiyaları Vaşinqtonun oxşar hərəkətlərinə cavab idi.
Bundan əvvəl ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusu və bu ölkənin bir sıra digər strukturlarına, habelə ölkədə insan haqlarının vəziyyəti ilə əlaqədar ayrı-ayrı yüksək rütbəli hərbi və mülki məmurlara qarşı sanksiyalar tətbiq edib. Birləşmiş Ştatlar Şahed İHA istehsalçılarına qarşı da sanksiyalar tətbiq edib.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər