Bütün xəbərlər
Ölkələrdən biri siyasi səbəblərdən dünya çempionatından məhrum edilə bilər
Tarix: 30-10-2022 07:57 | Bölmə: Karusel


BBC-nin məlumatına görə, Tunis milli komandası 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirakdan kənarlaşdırıla bilər.
Sabaha-inamla.az "MKRU"ya istinadən xəbər verir ki, buna səbəb hakimiyyətin futbol federasiyasının işlərinə qarışması ola bilər. Bundan əvvəl Tunisin gənclər və idman naziri Kamel Deqiçe Tunis Futbol Federasiyasını ləğv edə biləcəyini bildirmişdi.

FİFA-da bu mövqe ölkə futbol federasiyasının işinə müdaxilə kimi qiymətləndirilirdi. Tunis hakimiyyətindən izahat tələb olunub.
Tunisdə keçiriləcək dünya çempionatında bu ölkənin yığması Danimarka, Avstraliya və Fransa ilə eyni qrupda çıxış edəcək. Qətərdə dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.
Əvvəllər İran yığmasının dünya çempionatında iştirak hüququndan məhrum edilərək yerini Ukrayna və ya İtaliyaya verməsi ilə bağlı çağırışlar olub.




















Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər