Bütün xəbərlər
Pilotlar Amerika qırıcılarını idarə etmək üçün Ukraynada təlim keçiblər
Tarix: 30-10-2022 07:46 | Bölmə: Karusel


Telemarafonun efirində Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat bildirib ki, müasir qırıcılar üzərində işləməyi öyrənməyə hazır olan ukraynalı pilotlar artıq müəyyən edilib.
Sabaha-inamla.az "MKRU"ya istinadən xəbər verir ki onun sözlərinə görə, indi Qərb bunun üçün hansı təyyarənin ayrılacağına qərar verməlidir. Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, bunlar müasir qırıcılar olmalıdır - F15 və ya F16.

İqnat onu da etiraf edib ki, xarici tərəfdaşların bu təyyarələri Ukraynaya verməyə hazır olub-olmaması hələ aydın deyil.
“Onlarla ukraynalı pilot sabah belə bu cür avadanlıqlarda məşq etməyə hazırdır. Bu pilotlar gənc, perspektivli, ingilis dilini bilən, döyüş təcrübəsi olan pilotlardır”.
Fevral ayından ABŞ və Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına milyardlarla dollar ayırıb. Rusiya hakimiyyəti Qərbi münaqişəni uzatmaqda ittiham edib və Kiyevə hərbi təchizatın Rusiya ordusu üçün qanuni hədəfə çevriləcəyini vurğulayıb. Amerika mətbuatının yazdığına görə, ABŞ-ın hakim elitasında Kiyevə hərbi dəstək məsələsi ilə bağlı fikir ayrılığı yaranıb.



Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər