Bütün xəbərlər
Zelenski Çexiya paytaxtına “Xilaskar şəhər” fəxri adı verib
Tarix: 29-10-2022 02:46 | Bölmə: Karusel


Mükafat nümayiş etdirilən humanizm, mərhəmət və Ukrayna xalqı ilə həmrəyliyə görə verilir.
Sabaha-inamla.az "Unian"a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Çexiyanın paytaxtı Praqaya “Xilaskar şəhər” fəxri nişanını təqdim edib.
Prezidentin internet saytında “Praqa (Çexiya) şəhərinə “Xilaskar şəhər” fəxri adının verilməsi haqqında” 742/2022 nömrəli sərəncam dərc olunub.

Qeyd olunur ki, bu fəxri mükafat nümayiş etdirilən humanistliyə, Ukrayna xalqına mərhəmət və həmrəyliyə, Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində vətənini tərk etməyə məcbur olmuş Ukrayna vətəndaşlarına hərtərəfli yardıma görə verilir.



Baxış sayı: 337


Bölməyə aid digər xəbərlər