Bütün xəbərlər
"Əsrə bərabər 44 gün" layihəsinin icrasına start verilib
Tarix: 25-10-2022 20:21 | Bölmə: Karusel



Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Əsrə bərabər 44 gün” layihəsinin icrasına start verilib.
AZƏRTAC Nazirliyin saytına istinadla xəbər verir ki, layihə çərçivəsində noyabrın 2-də Qazax Dövlət Rəsm Qalereyasında rəsm müsabiqəsinin, noyabrın 16-17-dək Qazax Gənclər Evində “Nə? Harada?, Nə zaman?” intellektual turnirinin keçirilməsi və Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirəsinə həsr olunmuş filmin çəkilişi nəzərdə tutulub.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər