Bütün xəbərlər
Gürcüstanın Mçxeti rayonundakı Muxrani sarayında mədəni proqram təqdim edilib
Tarix: 24-10-2022 17:12 | Bölmə: Karusel

Gürcüstanın Mçxeti rayonundakı Muxrani sarayında mədəni proqram təqdim edilib 


Oktyabrın 24-də Gürcüstanın Mçxeti rayonundakı Muxrani saray kompleksində mədəni proqram təqdim olunub.
Sabaha-inamla.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tədbirdə iştirak ediblər.
Mədəni proqramda gürcü xalqının milli adət və ənənələri nümayiş etdirildi. Tədbirdə Gürcüstanın milli musiqisi və rəqsləri, gürcü mətbəxinin nümunələri, o cümlədən şirniyyatları təqdim olundu.
Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili milli gürcü rəqslərinə baxdılar.

Sabaha-inamla.az











Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər