Bütün xəbərlər
Özbəkistanda hərbi anbardakı partlayışda 3 mindən çox binaya ziyan dəydi
Tarix: 23-10-2022 23:11 | Bölmə: Karusel

                     Özbəkistanda hərbi anbardakı partlayışda 3 mindən çox binaya ziyan dəydi



Oktyabrın 22-də Sırdərya vilayətində Özbəkistan Müdafiə Nazirliyinin anbarında baş verən partlayış nəticəsində 3700-dən çox yaşayış və qeyri-yaşayış binasına ziyan dəyib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rayon administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Hesablamalara görə, müəyyən edilib ki, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapıları qismən zədələnib”, - məlumatda qeyd olunur.
Bildirilib ki, hadisə nəticəsində 16 nəfər xəsarət alıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Yanğın tez bir zamanda söndürülüb, vəziyyət stabilləşdirilib.



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər