Bütün xəbərlər
Conson Baş nazir seçkilərində iştirak edəcək
Tarix: 22-10-2022 03:36 | Bölmə: Karusel

                      Conson Baş nazir seçkilərində iştirak edəcək




Boris Consonun müttəfiqi Ceyms Dadric keçmiş siyasətçinin Baş nazir postu uğrunda yarışmaq niyyətində olduğunu bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Dadricin sözlərinə görə, Conson Baş nazirlik seçkilərində mümkün iştirak kontekstində ona “bunun üçün hazıram” deyib.
Millət vəkili əlavə edib ki, Conson hazırda Karib dənizindəki tətildən Böyük Britaniyaya qayıdır.
“YouGov”un sosioloji sorğusuna görə, Böyük Britaniyada respondentlərin təxminən 52%-i Liz Trassın istefasından sonra Boris Consonun yenidən ölkənin Baş naziri olmasını istəmir.



Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər