Bütün xəbərlər
Ermənistan Hindistandan reaktiv yaylım atəşi sistemləri alacaq
Tarix: 19-10-2022 02:37 | Bölmə: Karusel

                      Ermənistan Hindistandan reaktiv yaylım atəşi sistemləri alacaq



Hindistanın “Pinaka” reaktiv raket sisteminin istehsalçısı olan “Solar Group” şirkəti Ermənistandan sifariş alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin rəhbəri Satyanarayan Nuval “Asia News International”a müsahibəsində bildirib.
Şirkət direktorunun sözlərinə görə, raket sisteminin istismar müddəti və uçuş məsafəsi artıb və qiymət də təxminən eynidir.
Nuval bildirib ki, Ermənistanla müqavilə iki il müddətinə imzalanacaq.
Qeyd edək ki, bundan əvvəl Hindistan artıq Ermənistana “Svathi” radarları verib.
 









Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər