Bütün xəbərlər
Dodonun ev dustaqlığı 30 gün də uzadıldı
Tarix: 18-10-2022 03:29 | Bölmə: Karusel

                        Dodonun ev dustaqlığı 30 gün də uzadıldı




Moldovanın keçmiş Prezidenti İqor Dodonun ev dustaqlığı daha 30 gün uzadılıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, sabiq prezident bu ilin may ayından həbsdədir.
Belə ki, bu gün Moldova Ali Ədliyyə Məhkəməsi prokurorların vəsatətini təmin edərək, onun ev dustaqlığı müddətini 30 gün uzadıb.
Eks-prezidentə qarşı irəli sürülən ittihamlara əsasən, o, Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plahotnyukdan 1 milyon dollara qədər rüşvət almaqda ittiham olunur. İddialara görə, bu pulu “Moldova Respublikası Sosialistlər Partiyası” (MSRM) siyasi partiyasının cari xərclərini ödəmək üçün istəyib.
Xatırladaq ki, Dodon mayın 24-də korrupsiyada, qanunsuz varlanmada, partiyanı cinayət təşkilatı vasitəsilə maliyyələşdirmədə və vətənə xəyanətdə şübhəli bilinərək saxlanılıb. Keçmiş rəhbərin evində axtarışlar və istintaq tədbirləri həyata keçirilib. Mayın 25-dən isə o, ev dustaqlığındadır.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər