Bütün xəbərlər
Keçmiş erməni nazir də Türkiyəyə başsağlığı verdi
Tarix: 17-10-2022 09:37 | Bölmə: Karusel

                     Keçmiş erməni nazir də Türkiyəyə başsağlığı verdi



Ermənistanın keçmiş səhiyyə naziri, Milli Məclisin “Vətəndaş razılaşması” fraksiyasının üzvü Arsen Torosyan da Bartın şəhərində baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb: 
“Bartında mədənçilərin ölümünə görə səmimi qəlbdən başsağlığı verirəm. Bölgə xalqları bu ağır itki üçün yas saxlayır”.
Qeyd edək ki, daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bartında kömür mədənində baş verən partlayışla bağlı Türkiyəyə başsağlığı verib.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər