Bütün xəbərlər
Vatsapda yeni funksiya
Tarix: 17-10-2022 09:21 | Bölmə: Karusel

                    Vatsapda yeni funksiya



Vatsapın 2.22.22.14 beta versiyasına göndərilən mesajları redaktə etmək funksiyası əlavə edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə WABetaInfo resursu məlumat yayıb. 
Hazırda yeni seçim mesajın mətnini göndərildikdən cəmi 15 dəqiqə sonra düzəltməyə imkan verir. Redaktə edildikdən sonra yazı "Redaktə edilib" şəklində qeyd olunacaq. Funksiya göndərilmə saatının yanındakı sahədə yerləşir.
Əlavə detallar hələlik məlum deyil. 



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər