Bütün xəbərlər
İranda həbsxanada ölənlərin sayı açıqlandı
Tarix: 17-10-2022 09:15 | Bölmə: Karusel

                      İranda həbsxanada ölənlərin sayı açıqlandı



İranda Evin həbsxanasında ölənlərin sayı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın dövlət mediasına istinadən AFP məlumat yayıb.
Bildirilib ki, baş verən yanğında 4 məhbus tüstüdən zəhərlənərək dünyasını dəyişib.
Hadisə nəticəsində 61 nəfər xəsarət alıb, onlardan 51-i xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, dünən axşam İranın paytaxtı Tehranda yerləşən Evin həbsxanasında yanğın olub.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər