Bütün xəbərlər
Ukraynada ölkə boyu həyəcan siqnalı verildi
Tarix: 15-10-2022 19:19 | Bölmə: Karusel

                      Ukraynada ölkə boyu həyəcan siqnalı verildi



Kiyevdə və Ukraynanın bütün vilayətlərində hava hücumu təhlükəsi elan olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba öz teleqram kanalında açıqlayıb. 
Onun sözlərinə görə, vilayətin bölgələrindən birinə raket zərbəsi endirilib. İlkin məlumata görə, xəsarət alan olmayıb. 
Bununla yanaşı, Ukrayna mediası Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan hissələrində partlayışların baş verdiyini yazır.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər