Bütün xəbərlər
ABŞ Ukraynaya yeni hərbi yardım göndərir
Tarix: 15-10-2022 03:38 | Bölmə: Karusel

                        ABŞ Ukraynaya yeni hərbi yardım göndərir




ABŞ Ukraynaya yeni hərbi texnika və sursat göndərəcək.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, yardım paketində “Humvee” zirehli döyüş maşınları olacaq.
Qeyd edək ki, 725 milyon dollarlıq hərbi yardım paketində modern silah sistemləri və hərbi hava hücumundan müdafiə qurğuları olmayacaq. ABŞ Rusiya-Ukrayna müharibəsində indiyə kimi Kiyevə 16,8 milyard dollar dəyərində yardım edib. 
Xatırladaq ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatların başlandığını elan edib. Bundan sonra Qərb dövlətləri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməklə yanaşı, Ukraynaya həcmi milyardlarla dollarla ölçülən silah yardımı edib.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər