Bütün xəbərlər
Şimali Koreya Şərq dənizinə ballistik raket atdı
Tarix: 14-10-2022 10:19 | Bölmə: Karusel

                       Şimali Koreya Şərq dənizinə ballistik raket atdı


Şimali Koreyanın Cənubi Koreya hava məkanı yaxınlığında 10 döyüş təyyarəsini uçurduqdan sonra Şərq dənizinə ballistik raketlər atdığı bildirilir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Cənubi Koreyanın Baş Qərargahı açıqlama yayıb.
Baş Qərargahdan verilən açıqlamada ballistik raket buraxılışından əvvəl Cənubi Koreya hava məkanının 25 kilometr şimalında Şimali Koreya Hərbi Hava Qüvvələrinə aid 10 döyüş təyyarəsinin təsbit edildiyi qeyd edilib.
Açıqlamada Cənubi Koreyanın Şimali Koreya təyyarələrinə 12 ədəd “F-35A” döyüş təyyarəsi ilə cavab verdiyi qeyd olunub.
Qeyd edək ki, son 2 həftədə 8 raket atan Şimali Koreyanın oktyabrın 4-də atdığı ballistik raket 2017-ci ildən bəri ilk dəfə Yaponiyanın şimal-şərqindən keçərək Sakit okeana düşüb.



Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər