Bütün xəbərlər
İraqın yeni prezidenti seçildi
Tarix: 13-10-2022 21:05 | Bölmə: Karusel

                       İraqın yeni prezidenti seçildi


İraqın yeni prezidenti müstəqil namizədliyini irəli sürən Əbdüllətif Məhəmməd Camal Rəşid seçilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sessiyanın ikinci turunda Camal Rəşid 162 səslə ölkənin yeni prezidenti olub.
Qeyd edək ki, 1944-cü ildə anadan olmuş, KYB üzvü olan yeni prezident İraqın Su Ehtiyatları Nazirliyi və keçmiş prezident Cəlal Təlabaninin müşaviri vəzifələrində çalışıb.



Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər