Bütün xəbərlər
İran İsrailə casusluq edən şəxsi həbs etdi
Tarix: 11-10-2022 21:20 | Bölmə: Karusel

                    İran İsrailə casusluq edən şəxsi həbs etdi



İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) casusluq fəaliyyəti ilə məşğul olan şəxsi həbs edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kirman əyalətinin baş prokuroru İbrahim Həmidi bildirib.
“Kirmanda SEPAH bir nəfəri İsrail kəşfiyyat xidmətləri üçün casusluq ittihamı ilə həbs edib”, - Həmidi bildirib.
O qeyd edib ki, təqsirləndirilən şəxslər Kirman əyalətində bir sıra təxribat xarakterli aksiyalar həyata keçirmək niyyətində olublar.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər