Bütün xəbərlər
BDU-nun 4 tələbəsi suşidən zəhərləndi
Tarix: 08-10-2022 19:40 | Bölmə: Karusel

                   BDU-nun 4 tələbəsi suşidən zəhərləndi




Bakı Dövlət Universitetinin 4 tələbəsi suşidən zəhərlənib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib ki, 4 nəfərdən biri artıq evə buraxılıb.
Onun sözlərinə görə, yerdə qalan 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib:
"Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır. Tələbələrin özlərinin dediyinə görə, dünən saat 16.30 radələrində universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur. Tələbələrin hamısı qızdır".



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər