Bütün xəbərlər
Rusiya Ukrayna cəbhəsində Birləşmiş Hərbi Qüvvələrin komandanını dəyişdi
Tarix: 08-10-2022 19:20 | Bölmə: Karusel

                       Rusiya Ukrayna cəbhəsində Birləşmiş Hərbi Qüvvələrin komandanını dəyişdi




Rusiya Müdafiə Nazirliyi Ukraynada “xüsusi hərbi əməliyyat” zonasındakı Birləşmiş Hərbi Qüvvələrin komandanının dəyişdirildiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov açıqlama verib.
 “General Sergey Surovikin Rusiya Müdafiə Nazirliyinin qərarı ilə xüsusi hərbi əməliyyatın keçirildiyi bölgədəki Birləşmiş Hərbi Qüvvələrin komandanı təyin edilib”, - Konaşenkov bildirib.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər