Bütün xəbərlər
İranda yenidən zəlzələ oldu, Naxçıvanda hiss edildi - Yenilənib
Tarix: 05-10-2022 23:27 | Bölmə: Karusel

                  İranda yenidən zəlzələ oldu, Naxçıvanda hiss edildi



Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə “Qafqazinfo”ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 
Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.
***
Oktyabrın 5-də Naxçıvan seysmoloji stansiyasından 92 kilometr cənub-qərbdə - İran ərazisində yenidən zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 17:51-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 5.1-ə bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olunub.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər