Bütün xəbərlər
Rusiyadan İtaliyaya təbii qaz nəqli dayandı
Tarix: 01-10-2022 22:40 | Bölmə: Karusel

                   Rusiyadan İtaliyaya təbii qaz nəqli dayandı




Rusiyadan İtaliyaya təbii qaz tədarükünün bu gündən dayandırıldığı bildirilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə İtaliyanın “Eni” neft-qaz şirkəti məlumat yayıb.
Məlumata görə, Rusiyanın “Gazprom” şirkəti bu gün üçün tələb olunan qazı təmin edə bilməyəcəyini bildirib. Avstriya ərazisindən də qaz nəqlinin mümkün olmadığı qeyd edilib. Buna görə də “Eni” şirkətinin Rusiya qazını qəbul etdiyi Tarvisio ötürücü məntəqəsi vasitəsilə “mavi yanacağın” tədarük həcmi bu gün sıfıra bərabər olub.
Rusiyadan İtaliyaya qaz nəqlinin həcmi hazırda ümumi qaz tədarükünə nisbətdə 10 faizdən azdır. Tarvisioda ötürücü məntəqəsində qaz nəqlinin dayanmasının mövcud vəziyyətdə böyük dəyişikliyə səbəb olmayacağı bildirilib.
Qeyd edək ki, İtaliya iyul ayından etibarən Rusiya qazından asılılığını 40 faizdən 25 faizə endirib. Azərbaycan qazının əsas idxalçılarından olan İtaliyanın yeraltı qaz anbarlarının doluluq nisbəti hazırda 90 faiz səviyyəsindədir.


Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər