Bütün xəbərlər
Gömrük Komitəsi “Azpetrol”u cərimələdi
Tarix: 01-10-2022 22:22 | Bölmə: Karusel

              Gömrük Komitəsi “Azpetrol”u cərimələdi




Dövlət Gömrük Komitəsi Azərbaycanın ən böyük yanacaqdoldurma məntəqəsi şəbəkələrindən biri olan “Azpetrol”u cərimələyib.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb şirkətin gömrük qanunvericiliyini pozmasıdır.
“Azpetrol” barəsində tərtib olunan cərimə protokolu baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə işi hakim Günel Səmədovanın icraatına verilib.
Protokola əsasən, "Azpetrol Ltd" MMC-ni İnzibati Xətalar Məcəlləsi ilə cərimə cəzası gözləyir. Baxış iclası oktyabrın 5-ə təyin edilib.


Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər