Bütün xəbərlər
Gürcüstan Belarusu diplomatik münasibətləri kəsməklə hədələdi
Tarix: 29-09-2022 22:59 | Bölmə: Karusel

                      Gürcüstan Belarusu diplomatik münasibətləri kəsməklə hədələdi



Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Nikoloz Samxaradze bildirib ki, Belarus rəhbərliyinin Abxaziyaya səfərləri təkrarlanarsa, bu, Tbilisi ilə Minsk arasında diplomatik münasibətlərin pozulmasına gətirib çıxara bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Belarus Prezidenti Aleksandr Lukaşenkonun Suxumiyə səfəri qeyri-dost addımdır və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin kobud şəkildə pozulmasıdır. Belarus tərəfi bilməlidir ki, gələcəkdə belə addımlar yenidən atılarsa, bunun ardınca diplomatik münasibətlərdə fasilə yarana bilər”, - Samxaradze bildirib.
Xatırladaq ki, Lukaşenko sentyabrın 28-də Abxaziyaya səfər edib və orada Aslan Bjaniya ilə görüşüb. Eyni zamanda, Minsk bu ölkənin müstəqilliyini rəsmən tanımadığını bəyan edib.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər