Bütün xəbərlər
Bakıda tarixi binanın fasadını korladılar, tədbir görüldü - Fotolar
Tarix: 21-09-2022 23:28 | Bölmə: Karusel

                  Bakıda tarixi binanın fasadını korladılar, tədbir görüldü



Bakının Mərdanov qardaşları küçəsində yerləşən tarixi binanın fasadı korlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev feysbuk hesabında bildirib.
“Fasadın detalları tamamilə ləğv edib suvaqla örtüblər, tarixi binanın bir hissəsini rəngləyiblər. Üstəlik, bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur”, - deyə o yazıb.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hərəkətə keçib.
Qurumun mətbuat katibi Nuridə Allahyarova feysbukda bildirib ki, qanun pozuntusunun qarşısı alınıb və fasad əvvəlki görkəminə qaytarılacaq.











Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər