Bütün xəbərlər
KTMT sərhəddə gərginliyin azaldılması ilə bağlı təkliflər hazırlayıb
Tarix: 19-09-2022 23:59 | Bölmə: Karusel

                 KTMT sərhəddə gərginliyin azaldılması ilə bağlı təkliflər hazırlayıb




Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının qrupu Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün təkliflər hazırlayıb. 
"Qafqazinfo" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə KTMT-nin Birgə Qərargahının mətbuat xidmətindən məlumat verilib.
“Bu gün Ermənistan Müdafiə Nazirliyində KTMT-nin Ermənistandakı missiyasının qabaqcıl qrupunun işinin yekunlarına dair iclas keçirilib. Qrupa rəhbərlik edən general-polkovnik Anatoli Sidorov Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyana Ermənistan-Azərbaycan sərhədində müəyyən ərazilərdə vəziyyətin təhlilinin nəticələri, əsas nəticələr və müvafiq tədbirlər görülməsi üçün təkliflər barədə məlumat verib. Səmimi, konstruktiv fikir mübadiləsi aparılıb. İşlənib hazırlanmış təkliflər yaranmış gərginliyin azaldılmasına yönəlib”,- deyə məlumatda bildirilir.
Qeyd edək ki, sentyabrın 13-də KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında təşkilatın baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiyanın Ermənistana göndərilməsi barədə qərar qəbul edilib. Həmçinin, iclasda vəziyyətə daim nəzarət etmək üçün katibliyin əməkdaşları və KTMT-nin Birgə Qərargahının hərbi qulluqçuları arasından işçi qrupunun yaradılması qərara alınıb. General-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyasının qabaqcıl qrupu sentyabrın 15-də Ermənistana gedib.


Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər