Bütün xəbərlər
Türkiyədə yük gəmisi batdı
Tarix: 18-09-2022 20:52 | Bölmə: Karusel

                    Türkiyədə yük gəmisi batdı


Türkiyənin Hatay vilayətində yük gəmisi batıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Hatayın İskenderun rayonunda baş verib.
Toqo bayrağı altında üzən “Sea Eagle” gəmisi yükünü boşaltmaq üçün yanaşdığı limanda su alaraq batıb. Gəmi heyəti qısa zamanda təxliyə edilib.
Təhlükəsizlik tədbirlərinin alındığı bölgədə gəmidəki konteynerlərin quruya çıxarılması işləri aparılır.
Hadisənin başvermə səbəbləri hələlik bəlli deyil.


Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər